Makron Kosovodakı gərginlikdə yerli hakimiyyəti günahlandırdıbackend

Makron Kosovodakı gərginlikdə yerli hakimiyyəti günahlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Kosovonun şimalındakı gərginliyə görə Kosovo hakimiyyətini günahlandırıb.

NOCOMMENT.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada rəsmi səfərdə olan Makron slovakiyalı həmkarı Zuzana Çaputova ilə birgə mətbuat konfransı zamanı bu barədə açıqlama verib.

Makron səfərin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü çərçivəsində həyata keçirildiyini bildirib.

Slovakiyanın Fransanın təhlükəsiz tərəfdaşı, Avropa İttifaqı (Aİ) və NATO-nun gözündə dost ölkə olduğunu ifadə edən Makron, iki ölkənin 2008-ci ildən strateji tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd edib.

Fransa prezidenti Kosovonun şimalındakı gərginliyə görə yerli hakimiyyət orqanlarının məsuliyyət daşıdığını bəyan edərək, hökumətin imzalanmış razılaşmalara və Avropa vasitəçiliyi ilə başladığı prosesə zidd hərəkət etdiyini bildirib.

NOCOMMENT.AZ