Fransa prezidenti Emmanuel Makron NATO ölkələri arasında ticarət müharibələrinə qarşı çıxıb. Bu, alyans üzvlərinin müdafiə xərclərini artırmaq qərarı fonunda baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Biz, müttəfiq olaraq, müdafiə xərclərini artırmaqdan danışıb, eyni zamanda ticarət müharibəsi apara bilmərik. Bu, məntiqsizdir”, – deyə o, NATO sammitindən sonra keçirdiyi mətbuat konfransında bildirib.
Makron həmçinin mövcud və son zamanlar artırılmış tariflərin hamısının azaldılmasına çağırıb.