Makron Netanyahunu bu səbəbdən tənqid edibbackend

Makron Netanyahunu bu səbəbdən tənqid edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahuya yazdığı məktubda Netanyahunun Parisə qarşı antisemitizmi qızışdırmaqda ittihamlarına münasibət bildirib.

NOCOMMENT.az bildirir ki, mesajı Le Monde qəzeti dərc edib.

Makron Netanyahunu Fransa liderinin məktubunu almadan əvvəl mediada dərc etdiyinə görə tənqid edib. Makron İsrailin baş nazirini “antisemitizm” anlayışını manipulyasiya etməkdə günahlandırıb və Parisin yəhudiləri qorumaq və antisemitizmlə mübarizə üçün tətbiq etdiyi tədbirləri xatırladıb.

Fransa prezidenti əlavə edib ki, Paris İsrailin təhlükəsizliyinə sadiq qalır. Ona görə də var gücümüzlə mübarizə apardığımız bu bəla qarşısında fəaliyyətsizlik ittihamları qəbuledilməzdir və bütün Fransaya qarşı təhqirdir”, – deyə o, yekunlaşdırıb.

Bundan əvvəl Netanyahu Makronun Fələstini tanımaq qərarını pisləyib. “Belə bir addım terroru təşviq edir və Qəzzada baş verənlərə bənzər daha bir İran dövləti yaratmaq təhlükəsi yaradır”, – İsrailin baş naziri qeyd edib.