Makron Notr Damdakı tarixi vitrajların məhv edilməsini tələb edibbackend

Makron Notr Damdakı tarixi vitrajların məhv edilməsini tələb edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron mütəxəssislərin tövsiyələrinə baxmayaraq, Parisdəki Notr-Dam kilsəsindəki bəzi tarixi vitrajların sökülərək müasirləri ilə əvəz olunmasını tələb edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Cnews telekanalı məlumat yayıb.

2019-cu ildə baş verən yanğında orijinal vitrajlar zədələnməyib və Makronun təklifi Fransada tənqidlərə səbəb olub. Fransanın Mədəni İrs və Memarlıq üzrə Milli Komissiyası 2024-cü ilin iyul ayında yekdilliklə müasir vitrajların quraşdırılmasını qadağan edib. Komissiya Tarixi Abidələrin Qorunması və Bərpası üzrə Beynəlxalq Xartiyanın tələblərini diqqətə çatdırıb.

Buna baxmayaraq, Fransa Mədəniyyət Nazirliyi bildirib ki, prezident vitrajların dəyişdirilməsi layihəsini dəstəkləməyə davam edib. Səkkiz müasir rəssam əvəzetmə variantlarını təklif edəcək.

2023-cü ilin dekabrında Makron Notr-Damın dekorasiyasında təkcə keçmiş dövrləri deyil, həm də müasirliyi əks etdirmək məqsədilə kafedralın yan kilsələri üçün altı müasir vitraj pəncərənin yaradılması üzrə müsabiqə elan edib.

2020-ci ildə komissiya üzvləri, Makronun təklif etdiyi kimi, dağılmış kilsənin başının müasiri ilə əvəzlənməsinə artıq etiraz ediblər.

Notre-Dam de Paris 2019-cu il aprelin 15-də yanıb. Yanğın nəticəsində dam örtüyü, məşhur şpil və saatla birlikdə tamamilə yanıb və dağılıb. Katedralin yenidən qurulması iki illik hazırlıq işlərindən sonra 2022-ci ildə başlayıb.