Makron Putinin ordenini geri almaq istəyirbackend

Makron Putinin ordenini geri almaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinə verilən “Fəxri Legionun Böyük Xaç ordeni”ndən məhrum etmək niyyətindədir.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

Bildirilib ki, Ukraynadakı hərbi əməliyyatlarla bağlı bəzi fransız deputat və fəallar Makronu Putinə verilən bu mükafatı ləğv etməyə çağırıblar. Makron özü isə bildirib ki, belə bir qərar ciddi əhəmiyyət kəsb edir və lazımi anda qəbul edilməlidir.

Qeyd edək ki, “Fəxri Legionun Böyük Xaç ordeni” Vladimir Putinə 2006-cı ildə Fransanın keçmiş prezidenti Jak Şirak tərəfindən verilmişdi.