Makron Putinlə dialoqu bərpa etməyə hazırdırbackend

Makron Putinlə dialoqu bərpa etməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə dialoqu bərpa etməyə hazır olduğunu bildirib.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə o, Avropa İttifaqının sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

“Əgər prezident Putinin ciddi təklifləri varsa və o, beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə nizamlanmağa imkan verəcək dialoqu bərpa etməyə hazırdırsa, Fransa həmişə dəstək verəcək və nəticəyə nail olmaq üçün səylərini əsirgəməyəcək bir güc olacaq. Telefon nömrəm dəyişməyib” , – deyə o bildirib.

Bir gün əvvəl Putin mətbuat konfransında Makronla münasibətindən danışıb. O, Fransa tərəfinin buna maraq göstərəcəyi təqdirdə Rusiyanın Fransa ilə ən yüksək səviyyədə təmasları bərpa etməyə hazır olduğunu vurğulayıb.