Makron Qəzzadakı vəziyyətlə bağlı bəzi liderlərlə danışıqlar aparıbbackend

Makron Qəzzadakı vəziyyətlə bağlı bəzi liderlərlə danışıqlar aparıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Misir prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Təmim bin Həməd Əl Tani və Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə ilə Qəzza zolağındakı vəziyyətlə bağlı telefon danışığı aparıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “France Press” məlumat yayıb.

Söhbətlər çərçivəsində Makron atəşkəsin vacibliyini bəyan edib. Fransa prezidentinin sözlərinə görə, bu, girovların azad edilməsini təmin etmək, həmçinin “Fələstin xalqının iztirablarına” son qoymaq üçün lazımdır.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Qəzza zolağında hərbi əməliyyatların dərhal dayandırılmasının və Livanın münaqişəyə cəlb edilməsinin qarşısının alınmasının vacibliyinə diqqət çəkib.