Makron Rusiya ilə dialoqun davam etdirilməsinin vacib olduğunu bildiribbackend

Makron Rusiya ilə dialoqun davam etdirilməsinin vacib olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Rusiya ilə dialoqun davam etdirilməsinin vacibliyini bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransa lideri “La Tribune” nəşrinə müsahibəsində bildirib.

“Rusiya ilə danışıqlar üçün qapını açıq qoymaqla düzgün iş görürük. Əks halda, biz beynəlxalq nizamdan, dolayısıyla sülh və təhlükəsizlikdən imtina etmiş olarıq”, – ölkə lideri vurğulayıb.

Bundan əvvəl Makron Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsi barədə danışdıqdan sonra “strateji qeyri-müəyyənlik” yaratmaq üçün tam məsuliyyət daşıdığını bildirmişdi.

Onun sözlərinə görə, Avropa İttifaqı Moskva ilə Kiyev arasındakı münaqişəni “Avropanın təhlükəsizliyinə əsas təhdid” adlandıraraq Ukraynanı dəstəkləməyə davam etməlidir. Fransa prezidenti Rusiyanın münaqişədə məğlub olmasını da “mütləq zərurət” adlandırıb.