Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyada insanların ölməsi və yaralanması ilə nəticələnən etirazlar aksiyaları fonunda vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının təcili iclasını keçirəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransa mətbuatı Yelisey sarayına istinadən məlumat yayıb. Məlumata görə, Makron mövcud vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.
Xatırladaq ki, Yeni Kaledoniyanın paytaxtı Numeada baş verən etirazlara cavab olaraq Fransa hakimiyyəti komendant saatı tətbiq edib və ictimai toplantıları qadağan edib. Ötən gecə paytaxtda baş verən iğtişaşlar zamanı 3 nəfər ölüb, 140 nəfəri həbs edilib.