Fransa Prezidenti Emmanuel Makron təsdiqləyib ki, ABŞ lideri Donald Tramp istəyir ki, Avropa İttifaqı Rusiyadan neft alışını dayandırsın.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.
“Düşünürəm ki, çox yaxşıdır ki, məhz ABŞ administrasiyası bu praktikadan imtina etməyin zəruriliyini deyir. Çünki bəzən bu ölkələr (neft alanlar — red.) öz arqumentlərini gətirir ki, onlar ABŞ administrasiyasına çox yaxındırlar”, — deyə fransalı lider bildirib.
Makronun bəyanatının kontekstindən aydın olur ki, söhbət Macarıstan və Slovakiyadan gedir, bu ölkələr isə Rusiya enerji daşıyıcılarının alınmasına davam edilməsini müdafiə edirlər.