Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcəkbackend

Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampa Ukraynada Avropa hərbi kontingentinin yerləşdirilməsi planını təqdim etmək niyyətindədir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

“Makronun təklifi təxminən 30 min avropalı hərbçinin Ukraynadakı missiyada iştirakını nəzərdə tutur, burada Böyük Britaniya və Fransa aparıcı rol oynayacaq”, – qəzet mənbələrdən birinə istinadən yazıb.

Onların fikrincə, bu yolla Paris region ölkələrinin Ukrayna nizamlanması ilə bağlı öz təkliflərinin olduğunu göstərmək istəyir. Makrona yaxın mənbə təsdiq edib ki, Fransa lideri Vaşinqtona daha əvvəl digər Avropa liderləri, o cümlədən Britaniya hökuməti ilə müzakirə etdiyi “bəzi fəaliyyətlər haqqında təkliflərlə” gedəcək.

“Politico”nun məlumatına görə, fransız diplomatlar da ümid edirlər ki, Makron Trampı Avropa ilə ticarət əlaqələrini saxlamaq və onun təhlükəsizliyini təmin etməyin ABŞ-nin maraqlarına uyğun olacağına inandıra biləcək.

“Prezident Makron Trampla qarşılıqlı fəaliyyətdə real təcrübəyə malik olan və prezidentliyinin ilk dövründə onunla sıx əməkdaşlıq edən nadir liderlərdən biridir”, – qəzet Fransa liderinin köməkçilərindən birinin sözlərini sitat gətirir.