Makron Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişmək cəhdlərindən danışırbackend

Makron Trampın Ukrayna ilə bağlı mövqeyini dəyişmək cəhdlərindən danışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampı Ukraynada təcili atəşkəs ideyasından döndərməyə çalışdığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə İtaliyanın “Foqlio” qəzetinə müsahibəsində bildirib.

Fransa lideri bildirib ki, Vaşinqtona səfəri zamanı amerikalı həmkarını hava və dəniz əməliyyatları üçün atəşkəs lehinə mövqeyini dəyişməyə çağırıb. Onun fikrincə, belə bir rejimə nəzarət etmək tam atəşkəsdən daha asandır.

“Yəni, dərhal atəşkəs əldə etmək üçün deyil, daha çox hava, dəniz və enerji infrastrukturu səviyyəsində atəşkəs əldə etməkdir”, – deyə Makron bildirib.

Bundan əvvəl Fransa prezidenti Böyük Britaniyanın baş naziri Key Starmerlə birgə Ukrayna ilə bağlı hazırlanan planın təfərrüatlarını açıqlamışdı. Plan bir ay müddətinə “havada, dənizdə və enerji infrastrukturu ilə bağlı atəşkəs”i nəzərdə tutur.