Makron tullantı sularının təkrar istifadə nisbətini artırmaq istəyirbackend

Makron tullantı sularının təkrar istifadə nisbətini artırmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron təmizlənmiş çirkab suların təkrar istifadə nisbətini 2030-cu ilə qədər 10 faizə çatdırmaq istədiyini bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, o, Yuxarı Alp əyalətinin Savines-le-Lak kəndinə səfəri zamanı ölkənin su ehtiyatlarından daha səmərəli istifadə üçün 53 addımdan ibarət “su planı”nı təqdim edib.

Ölkədə bərpa olunan su ehtiyatlarının ciddi şəkildə azalmasına diqqət çəkən Makron, yeraltı su ehtiyatlarının 80 faizinin  çox aşağı olduğunu bəyan edib.

2030-cu ilə qədər bütün sektorlarda 10 faiz su qənaəti hədəflədiyini bildirən Makron, “Biz bunu hədəf qoymalıyıq, çünki iqlim dəyişikliyi bizi 2050-ci ilə qədər ölkəmizdə mövcud olan suyun 30-40 faizindən məhrum edəcək” sözlərini qeyd edib.

NOCOMMENT.AZ