Makron üçün şok rəqəmlər: reytinqi 19%-ə enibbackend

Makron üçün şok rəqəmlər: reytinqi 19%-ə enib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makronun reytinqi sentyabr ayında tarixi minimuma enib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Le Journal du Dimanche (JDD) qəzeti Fransız İctimai Rəy İnstitutu (IFOP) tərəfindən keçirilən sorğuya istinadən xəbər verib.

Məlumata görə, respondentlərin yalnız 19%-i Fransa liderinin fəaliyyətindən razıdır. Bu, avqust ayı ilə müqayisədə 5% azdır və sorğular tarixində “tam antirekord” hesab olunur. Ümumilikdə sorğu iştirakçılarının 81%-i Makronun işini mənfi qiymətləndirib. Onların 50%-i prezidentin fəaliyyətindən tamamilə məyus olduğunu, 31%-i isə ümumən narazı qaldığını bildirib.

Qəzetin qeyd etdiyinə görə, Makrona qarşı narazılıq xüsusən kiçik biznes nümayəndələri və 65 yaşdan yuxarı vətəndaşlar arasında kəskin şəkildə artıb. Nəticələr Fransa cəmiyyətinin müxtəlif təbəqələrində hökumətə etimadın azaldığını göstərir.