Ukraynada səfərdə olan Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putin barəsində açıqlama verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Makronun sözlərinə görə, Putin sülhün tərəfdarı deyil.
“Prezident Putin sülh tərəfdarı deyil, müharibənin tərəfindədir və onun sülh istədiyini düşünənlər yanılır”, – Fransa prezidenti deyib.
Makron həmçinin Ukraynada “güclü və davamlı sülh qurmaq” arzusunu ifadə edib. O, həmçinin Rusiyanı “tarixi revizionizm” iddiasında ittiham edib. \\“Unikal”