Makron Ukraynaya böyük yardımın anonsunu veribbackend

Makron Ukraynaya böyük yardımın anonsunu verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna bir neçə milyard avro dəyərində böyük maliyyə yardımı ala bilər.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, o, bu barədə “La Tribune” qəzetinə müsahibəsində məlumat verib.

Makron Avropa İttifaqından Ukraynaya bir neçə milyard avronun ayrılmasına icazə verib.

Yardımla bağlı qərar Aİ-nin martın 6-da Brüsseldə keçiriləcək sammitində qəbul edilə bilər.

“Martın 6-da keçiriləcək sammit çox vacibdir. Bu külli miqdarda vəsaitin yüz milyardlarla avroya bərabər olacağı ehtimal edilir”, – Makron deyib.

O həmçinin əlavə edib ki, sammitin məqsədi Avropa İttifaqının Ukraynaya dəstəyini gücləndirməkdir.