Makron: Ukraynaya qırıcı təyyarələr verilə bilərbackend

Makron: Ukraynaya qırıcı təyyarələr verilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyaya səfəri çərçivəsində baş nazir Mark Rutte ilə görüşən Fransa prezidenti Emmanuel Makron müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə Ukraynaya döyüş təyyarələrinin verilə biləcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, görüşdə liderlər miqrasiya və Avropada yaşıl sənayeyə dəstək, xüsusilə Ukrayna-Rusiya müharibəsi ilə bağlı bəyanatlar veriblər.

Rutte ilə görüşdə Ukrayna məsələsini müzakirə etdiklərini ifadə edən Makron, Ukraynanı hər sahədə və lazım olduğu müddətdə dəstəkləməkdə qərarlı olduqlarını bildirib. Ukraynaya döyüş təyyarələri göndərilməsi ilə bağlı sualı cavablandıran Makron, “Seçimlərdən kənar heç nə yoxdur” deyən Makron, gərginliyi artırmasa, Rusiya torpaqlarında istifadə edilməsə və fransız ordusunun gücünü zəiflətməzsə, Ukraynaya döyüş təyyarələrinin tədarük edilə biləcəyinə diqqət çəkib.

Makron Ukraynanın döyüş təyyarələri üçün rəsmi müraciət etməli olduğunu bildirsə də, Rutte belə bir tələbin hələ Ukraynadan gəlmədiyini qeyd edib.

NOCOMMENT.az