Makron və Zelenski Xirosimada görüşdübackend

Makron və Zelenski Xirosimada görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenski Yaponiyanın Xirosima şəhərində G7 Liderlər Sammitinin keçirildiyi yerdə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, Makron görüşün videosunu Twitter hesabında paylaşıb.

Görüş zamanı Makron Zelenskiyə G7 sammitinə gəlməzdən əvvəl Səudiyyə Ərəbistanına səfərinin vacib olduğunu bildirib.

Burada olmasının Zelenski üçün G7 ölkələrinin liderləri ilə danışmaq üçün unikal fürsət olduğunu ifadə edən Makron, bu münasibətlə Ukrayna prezidentinin sammitdə cənub yarımkürəsi ölkələrinin liderləri ilə də görüşə biləcəyinə diqqət çəkib.

Makron, Fransanın Ukrayna-Rusiya müharibəsi başlayandan bəri Ukrayna ilə çiyin-çiyinə olduğunu bildirib.

Danışıq zamanı Zelenski ona verdiyi dəstəyə görə Makrona təşəkkür edib.

NOCOMMENT.AZ