Fransa prezidenti Emmanuel Makron, Ukrayna lideri Vladimir Zelenski, eləcə də digər Avropa liderləri ABŞ prezidenti Donald Trampla telefon danışığı aparacaqlar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS AFP-yə istinadən məlumat yayıb.
Bildirilib ki, söhbət “Ukraynaya yardım etmək istəklilər koalisiyası”nın görüşündən sonra saat 14:00-da (Moskva vaxtı ilə 15:00) başlayacaq.
Müzakirələrin əsas mövzusu sülh sazişi imzalanacağı halda Ukrayna üçün təhlükəsizlik zəmanətləri olacaq.