Makrona pis sürpriz – Bu dəfə pomidorla hədəfə aldılarbackend

Makrona pis sürpriz – Bu dəfə pomidorla hədəfə aldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron Serji şəhərində bazara baş çəkərkən pomidor hücumuna məruz qalıb.

NOCOMMENT.az xəbər verir ki, üç gün əvvəl yenidən seçilən və Serjidə bazara baş çəkən Makronun ətrafında mühafizəçilər və şəhər sakinlərinin izdiham yaratdığı vaxtda pomidor atılıb.

Atılan pomidorlardan biri Makronun yaxınlığındakı iki mühafizəçiyə dəyib.

Cangüdənləri başının üstündə çətir açaraq Makronu qorumağa çalışıblar.

Keçən il Makron Lionda yarmarkaya baş çəkərkən yumurta atılmışdı.
Teleqraf