Makrona “zibil” deyən qadını böyük cərimə gözləyirbackend

Makrona “zibil” deyən qadını böyük cərimə gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada adı açıqlanmayan qadın pensiya islahatlarını müdafiə edən Prezident Emmanuel Makronu təhqir etdiyinə görə saxlanılıb.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, televiziyada çıxış edən dövlət başçısını öz Feysbuk paylaşımında “zibil parçası” adlandıran vətəndaşı 12 min avro məbləğində cərimə gözləyir.

“13:00… biz həmişə televizorda bu natəmizliyi görürük”, – deyə o, Feysbuk statusunda yazıb.

Əlli yaşı olan fransız qadın 2018-2019-cu illərdə “Sarı jiletlər” etiraz aksiyalarının iştirakçısı olub.

Qeyd edək ki, bu etirazlar Makronun birinci prezidentliyi dövründə onun nüfuzuna ciddi zərbə vurub.