Makrondan İranın İsrailə hücumuna REAKSİYAbackend

Makrondan İranın İsrailə hücumuna REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron İsrailin Suriya konsulluğuna hücumuna cavab olaraq İranın endirdiyi zərbənin qeyri-mütənasib olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini RMC radiostansiyası sitat gətirib.

“İranın İsrailin hücumlarına cavabı qeyri-mütənasib idi, çünki İran İsrailə öz ərazisində hücum edib”, –  deyə Makron bildirib.

Makron həmçinin vurğulayıb ki, yəhudi dövlətinin özünü müdafiə etmək hüququ var, lakin münaqişə tərəflərini “eskalasiyanın qarşısını almaq üçün özlərini məhdudlaşdırmağa” çağırmaq lazımdır.