KoronaVirus İnformasiya Portalı
Makrondan müsəlmanları hədəf alan layihə: Hicab qadağan ediləcəkbackend

Makrondan müsəlmanları hədəf alan layihə: Hicab qadağan ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron ölkədə geniş müzakirə olunan “Separatçılara qarşı mübarizə” adlı layihəsini açıqlayıb.

NOCOMMENT İHA-ya istinadən xəbər verir ki, layihədə müsəlmanlara çox sayda qadağa qoyan Makron dövlət şirkətlərində hicabı qadağan edəcək.

Layihə ilə dünyəviliyi gücləndirməyi hədəfləyən Fransa başçısı dekabr ayında layihəsini millət vəkillərinə təqdim edəcək. Makron “Ölkəmizdə İslamın respublikanın ortağı olaraq qurulmasına kömək etməliyik” desə də, açıqladığı planda bir çox yenidənqurma və qadağalara yer verib.

Bildirilib ki, Fransada dövlət işində qadağan olunan dini simvollar bəzi özəl şirkətlərə də şamil ediləcək.

Dövlət xeyrinə fəaliyyət göstərən özəl şirkətlərdə çalışan işçilərin heç biri dini simvol daşımayacaq və hicab qadağan ediləcək.

oxu.az