Makrondan türkcə paylaşım: Türkiyə xalqı, acınızı paylaşırıq, başımız sağ olsunbackend

Makrondan türkcə paylaşım: Türkiyə xalqı, acınızı paylaşırıq, başımız sağ olsun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türk xalqına mesajımız: acınızı paylaşırıq, başımız sağ olsun”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunları Fransa Prezidenti Emmanuel Makron Türkiyə xalqına dəstək məqsədilə İstanbulda törədilən terror aktı ilə əlaqədar tviter hesabında yazıb.

“Millətimiz üçün çox mənalı olan bu gündə 13 noyabr 2015-ci ildə (Fransada törədilən terror aktlarında-red) həyatını itirənləri yad edərkən, Türkiyə xalqı İstanbuldan ürəyindən hücuma məruz qaldı. Türk xalqına mesajımız: acınızı paylaşırıq, başımız sağ olsun. Terrorla mübarizədə sizinləyik”, – deyə Makron türk dilində etdiyi paylaşımda vurğulayıb.

Xatırladaq ki, 2015-ci ilin 13 noyabrında Fransada törədilən silsilə terror aktlarında 130 nəfər ölmüş, 416 nəfər yaralanmışdı. Terror aktlarına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürmüşdü.

Ötən gün Türkiyədə törədilən terror aktı zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.