“Verian-Epoka” nın “Figaro” jurnalı üçün apardığı araşdırmaya görə, Fransa dövlət başçısını fransızların yalnız 17%-i dəstəkləyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Araşdırmaya görə, prezident Emmanuel Makronun populyarlığı 5 faiz azalaraq 17%-ə düşüb. Bu, Fransa liderinin 2017-ci ildə seçilməsindən sonra ona verilən ən aşağı dəstəkdir.
Qeyd olunub ki, Makronun populyarlığının azalması iyunda parlamentin buraxılması ilə bağlıdır.