Makronu sərt tənqid edən Kadırov: “İstefa verməyə hazıram”backend

Makronu sərt tənqid edən Kadırov: “İstefa verməyə hazıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistanın prezidenti Ramzan Kadırov Fransa prezidenti Emanuel Makronla bağlı tənqidi mövqeyini müdafiə etmək üçün istefa verməyə hazır olduğunu bildirib: “Buna görə, istefaya, əziyyət çəkməyə və ya canımı verməyə hazıram”.

NOCOMMENT.az xəbər verir ki, R.Kadırov “Telegram” sosial şəbəkəsindəki paylaşımında Makrona dediyi sözləri min dəfə təkrarlamağa hazır olduğunu qeyd edib: “Çeçenistanın lideri, dini hədsiz dərəcədə sevən, Qurani Kərimə və Sünnəyə ciddi əməl edən bir insan olaraq bu mənim haqqımdır”.

Kadırov həmçinin Rusiya prezidentinin sözçüsü Dmitri Peskovu da Fransa prezidentini müdafiə etdiyi üçün tənqid edib: “Ölkənin xarici siyasətilə kimlərin məşğul olduğunu izah etməyə ehtiyac yoxdur. Makronla bağlı mövqeyimi siyasətçi kimi deyil, dinini sevən bir müsəlman kimi ifadə etmişəm”

Qeyd edək ki, Peskov Kadırovun Fransa prezidentini “terror lideri” adlandırmasına münasibət bildirmişdi. Peskov Rusiyanın xarici siyasətilə bağlı dövlət qurumlarının rəhbərlərinin deyil, prezidentin qərar verdiyini bildirib.

Daha öncə Çeçenistan lideri Ramzan Kadırov və müfti Salah Meciyev Fransada Məhəmməd peyğəmbəri və İslamı təhqir edən karikaturaların yayımlanmasına davam edəcəklərini söyləyən Emmanuel Makronu sərt tənqid edib. Hər iki şəxs Makronu “bir nömrəli terrorçu” adlandırıb.

Xatırladaq ki, oktyabr ayının 16-da Parisin ətraf rayonlarından birində orta məktəbdə İslam Peyğəmbərini təhqir edən müəllim 18 yaşlı çeçen tərəfindən öldürülüb və özü də polisin açdığı atəş nəticəsində ölüb. Bundan sonra Fransanın siyasi rəhbərliyi müsəlmanlara qarşı kampaniyaya start verib.
Teleqraf.com