Makronun cavabı tənqid edildibackend

Makronun cavabı tənqid edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılması ilə bağlı qanunla reaksiyaların hədəfi olan prezident Emmanuel Makron dünənki hərəkəti ilə yenidən tənqid oxlarının hədəfi olub.

NOCOMMENT.az xəbər verir ki, 33 yaşlı oğlunun iş tapa bilməməsindən şikayət edən anaya Makronun cavabı ictimaiyyətdən və həmkarlar ittifaqından reaksiya alıb.

Şəhərin küçələrində gəzərkən ona yaxınlaşan qadın oğlunun iş tapa bilmədiyindən şikayətlənəndə Makron “Sənə söz verirəm, bu axşam səninlə köhnə limanda gəzinti etsək, əminəm ki, 10 iş elanı görəcəyik”, – deyib. 

Makronun bu açıqlamalarını ehtiva edən görüntülər birdən sosial şəbəkələrdə yayılarkən, iqtisadi vəziyyətdən qane olmayan vətəndaşlar bu görüntülərin altında sərt tənqidlər yazıblar.

NOCOMMENT