Makronun Çinin Fransadakı səfirinə reaksiyabackend

Makronun Çinin Fransadakı səfirinə reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Çin səfirinin keçmiş sovet ölkələrinin statusu ilə bağlı şərhinə reaksiya verib.

NOCOMMENT.az xəbər verir ki, Şimal Dənizi Zirvəsi üçün Belçikada olan Makron Fransanın BFMTV kanalına Çin səfiri Lu Şeyi tənqid edib.

“Düşünürəm ki, bu cür sözlərdən istifadə etmək diplomatın işi deyil” deyə prezident açıqlama verib.

Qeyd edək ki, Çin səfiri Fransanın TF1 televiziyasına müsahibəsində, “Hətta keçmiş sovet respublikalarının beynəlxalq hüquqda statusu yoxdur. Onların beynəlxalq hüquqda effektiv statusu yoxdur, çünki onların suveren ölkə statusu beynəlxalq müqavilədə təcəssüm olunmayıb” ifadələrini səsləndirib.

Açıqlamadan sonra Avropa İttifaqı və bəzi ölkələr Çin səfirinin sözlərini sərt şəkildə tənqid ediblər.

NOCOMMENT.AZ