Makronun göstərişi ilə “France presse” agentliyi  Azərbaycanın əleyhinə reportaj hazırladıbackend

Makronun göstərişi ilə “France presse” agentliyi Azərbaycanın əleyhinə reportaj hazırladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makronun Azərbaycana qarşı düşmən münasibəti, Dağlıq Qarabağda ordumuzun əks-hücumlarının dayandırılması ilə bağlı etdiyi cəhdlər haqda mediada geniş informasiyalar yayılıb.

Elə dünən də Makron Azərbaycan prezidentinə zəng vuraraq Ermənistan-Azərbaycan təmas xəttində döyüşlərin davam etməsindən narahatlıq hissini ifadə edərək, atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasına çağırıb. Prezident İlham Əliyev vurğulayıb ki, danışıqların pozulması, eləcə də, silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

Bu gün isə Fransanın “France presse” (AFR) agentliyi daha irəli gedəərk, bəlkə də Makronun göstərişi ilə ölkəmizin əleyhinə olan reportaj hazırlayıb. Və orda yazır ki, guya Suriyadakı müharibələr nəticəsində didərgin düşmüş ailəsinə kömək etmək üçün ümidini kəsən yaraqlılar çox pul qazanmaq arzusu ilə Azərbaycana getməsini gözləyirlər.

Agentlik bununla yanaşı Ankaranın Azərbaycanı dəstəklədiyini xüsusi vurğulayır və bildirir ki, İrəvan Türkiyəni Suriyalı tərəfdarlarını Bakıya göndərməkdə günahlandırıb.

Bu ittiham rəsmi Bakının bütün inkarlarına baxmayaraq Fransa tərəfindən dəstəklənib.

Bununla yanaşı AFP iddia edir ki, Türkiyə guya Qarabağ münaqişəsi bölgəsinə yollanmaq üçün Hələb və İdlibdən olan Suriyalı müxalif döyüşçülərlə danışmağı bacarıb.

Suriya İnsan Haqları Müşahidə Təşkilatı isə 850 Suriyalı yaraqlının Türkiyədən keçərək Azərbaycana getdiyini və yüzlərlə yaraqlının hazırlandığını bildirmişdi.

Bu gün isə bu informasiyanı puça çıxaran xəbər rəsmi Tiflisdən gəldi. Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTK) rəhbəri Qriqol Liluaşvili Milli Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsinə həsr olunmuş iclasından sonra keçirdiyi brifinqdə dedi ki, Türkiyədən Suriyalı yaraqlıların Gürcüstan ərazisindən keçərək Azərbaycana ötürülməsi barədə məlumatlar həqiqətə uyğun deyil: “Bu yalanın məqsədi Gürcüstanda və bütövlükdə bölgədə gərginlik yaratmaqdır”.

Görünür, ermənipərəst Fransa qarşısına Azərbaycan və Türkiyəni beynəlxalq arenada nüfuzdan salmaq üçün dəridən-qabıqdan çıxır. Çox böyük ehtimalla, Makron və ona xidmət edən agentliklər erməni iş adamlarından külli miqdarda pul alıblar.

Rəsmi Bakı belə yersiz açıqlamalara və mənasız reportajlara fikir verməməli, döyüşü sonadək aparmalı, işğal ərazilərimizi düşməndən təmizləməlidir.

QƏLƏBƏ BİZİMLƏDİR!!!

KONKRET.az