Makronun inauqurasiyası nə vaxt olacaq?backend

Makronun inauqurasiyası nə vaxt olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Emmanuel Makronun Fransa prezidenti kimi andiçmə mərasimi mayın 7-də Yelisey sarayında olacaq.

NOCOMMENT.az xəbər verir ki, BFM TV məlumat yayıb.

Aprelin 27-də Fransa Konstitusiya Şurası Makronun yenidən ölkə prezidenti seçilməsini rəsmən təsdiqləyib, onun yeni mandatı mayın 14-də başlayacaq.
Aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Emmanuel Makron və ifrat sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen prezidentlik uğrunda mübarizə aparıblar. Fransa Konstitusiya Şurasının yekun məlumatlarına görə, Makron 58,55%, Le Pen 41,45% səs toplayıb.