Makronun Konqo səfərində GƏRGİNLİKbackend

Makronun Konqo səfərində GƏRGİNLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Afrika turnesi çərçivəsində Konqo Demokratik Respublikasının (KDC) prezidenti Feliks Tşisekedi ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, görüşdən sonra iki lider jurnalistlərin suallarını cavablandırıb.

Makron, Konqoda 1994-cü ildən bəri davam edən etibarsızlığın böyük ölçüdə Konqonun öz günahı olduğunu açıqlayıb.

“Bu qədər sərt ifadələrlə dediyim üçün üzr istəyirəm, siz öz suverenliyinizi bərpa edə bilmədiniz”, – deyə Makron çıxışında deyib.

Bu açıqlamadan sonra isə gərginlik yaranıb.

Tşisekedi daha sonra Makronun açıqlamalarına reaksiya verib. Çıxışının sonuna yaxın Tşisekedi Makrona “Bizə hörmətlə baxın. Bizə atamız kimi yox, başqa cür baxın” deyib.

NOCOMMENT.AZ