Fransada keçirilən sorğu nəticəsində məlum olub ki, prezident Emmanuel Makronun pensiya yaşının 2 il uzadılması üçün islahatların aparılmasını müdafiə etdiyi dünənki çıxışı 10 fransızdan 7-ni qəzəbləndirib.
NOCOMMENT xəbər verir ki, Elabe araşdırma şirkətinin sifarişi ilə 1037 nəfər arasında aparılan sorğuya görə, fransızlar ölkədəki kütləvi etirazlara baxmayaraq, Makronun parlamentdə səsvermə olmadan qəbul edilən pensiya islahatı ilə bağlı arqumentlərini inandırıcı görməyib. .
İştirakçılar düşünürlər ki, Makronun hazırkı böhran kontekstində səsləndirdiyi şərhlər ölkədə sakitlikdən çox qəzəb yaradacaq.
Makronun çıxışı 10 fransızdan 7-ni qəzəbləndirib. Digər tərəfdən, fransızların 65 faizi Makronu “pis”, 69 faizi isə “təkəbbürlü” prezident kimi qiymətləndirib.
Sorğunun nəticələrinə görə, respondentlərin 73 faizi pensiya islahatlarını “ədalətsiz” hesab edir.