Makronun ordu göndərməsinə ABŞ mane olur? – Rusiya və ABŞ arasında GİZLİ SAZİŞbackend

Makronun ordu göndərməsinə ABŞ mane olur? – Rusiya və ABŞ arasında GİZLİ SAZİŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron bildirib ki, əsgərlərimizi Ukraynaya göndərəcəyik.

O, Fransanın dərhal Ukraynaya “Mirage” (Miraj) döyüş təyyarələrinin ilk seriyasını çatdıracağını deyib. Əlavə edib ki, fransız əsgərlər bu silahlardan istifadəyə dair Ukrayna əsgərlərinə təlim keçəçək və bu addım eskalasiya deyil.

Bundan əvvəl bu məsələ ilə bağlı Rusiya tərəfi isə bildirmişdi ki, Fransa bu addımı atdığı halda lazımi cavab veriləcək.

Bəs Rusiyanın cavabı hansı formada olacaq?

Mövzu ilə bağlı politoloq Cümşüd Nuriyev NOCOMMENT.az-ın suallarını cavablandırıb.

Cümşüd Nuriyev yenə qadınlardan danışdı - VİDEO

Politoloq qeyd edib ki, Makron hakimiyyətinin son vaxtlarını yaşayır və hakimiyyətinin sonlarında məqsədi Rusiya ilə NATO-nu üz-üzə qoymaqdır:

” Emmanuel Makron bundan əvvəl də Rusiya hakimiyyəti ilə fikir ayrılıqları yaşayıb. Məsələn Rusiya Azərbaycanla Ermənistan arasındakı “Qarabağ məsələsi”ndə Fransanın mövqeyindən çıxış etmədi. Makron bütün bu ziddiyyətləri bağışlamaq istəmir və çalışır ki, Rusiyanı NATO ilə müharibəyə məcbur etsin. Lakin bu baş verərsə, Fransanın əvvəlki müharibələrinə oxşar müharibə olmayacaq. Fransa əsgərinin müharibə zonasına gəlməsi Fransa daxilində çaxnaşmalara səbəb ola bilər”.

Cümşüd Nuriyev bildirib ki, Ukrayna məsələsi ABŞ və Rusiya arasında “gizli saziş”in nəticəsidir:

“Ukrayna ərazisinə görə Avropanın ən böyük dövləti idi və Avropaya meydan oxuyurdu. Digər tərəfdən Ukrayna dünya taxıl, qarğıdalı tədarükündə ilk üçlüyə daxil olan dövlətlərdən biri idi. Bu da ABŞ-nin iqtisadi maraqlarına zidd hesab olunurdu. Bu iki böyük dövlət öz maraqlarına uyğun olaraq Ukraynanı bu cür “tələ”yə saldılar. Məhz bu səbəbdən də, Makronun Ukraynaya rahat şəkildə ordu göndərməsi real görünmür. Çünki Rusiyanın Fransaya hərbi yolla verəcəyi cavab NATO nizamnaməsinə uyğun olaraq birbaşa ABŞ-nin və digər NATO ölkələrinin müharibəyə daxil olması deməkdir”.

O son olaraq qeyd edib ki, bütün bu proseslər üçüncü dünya müharibəsinin başlamasına və bunun nəticəsində bir sıra dövlətlərin məhvinə səbəb ola bilər. Buna görə də Fransanın hazırki vəziyyətdə Ukraynaya ordu göndərməsinə ilk öncə ABŞ qarşı çıxacaq.

Murad Həsənov

NOCOMMENT.az