Makronun sözləri etirafdır, yoxsa…backend

Makronun sözləri etirafdır, yoxsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Emmanuel Makron sentyabrın 27-dən başlayaraq, işğalçı ölkənin və onun separatçı tör-töküntüsünün vəkili, himayəçisi və sözçüsü kimi davrandıqdan sonra 3-5 nəfərin qarşısında, smartfon kamerasıyla çəkilən videotəlimatını paylaşmaqla, “Beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır” deməklə vəziyyəti nisbətən yumşaltmaq, hansısa mərhələdə prosesə yenidən qayıtmaq üçün “üz yeri” qoymaq istəyir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış politoloq Elçin Mirzəbəyli qeyd edib.

“Bu günədək üzərimizə yağdırmadığı şər, böhran qalmayıb. Məgər ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkənin prezidenti beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonların Azərbaycan ərazisi kimi tanındığını bilmirdi? Əlbəttə, bilirdi! Amma indi Azərbaycan Ordusunun möhtəşəm qələbəsi ilə regionda yeni reallıqların yarandığını, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri və törətməkdə olduqları vəhşilikləri bütün dünyanın gördüyünü anlayır və Cənubi Qafqazdan tamamilə əlinin üzülməməsi üçün manevr xarakterli gedişlər etməklə itirilmiş mövqelərini mümkün qədər bərpa etməyə çalışır.

Biz sözə yox, əmələ önəm verməliyik. “Filankəs filan sözü dedi, filan bəyanatı verdi” kimi bir zamanlar məğlubiyyət acımızı ovutmaq üçün istənilən dilucu həqəqətə “urra” dediyimiz günlər geridə qalıb. Azərbaycanın qələbəsindən, Ermənistanın kapitulyasıyasından sonra “val”ı ənənəvi istiqamətə dəyişiblər. Vətən müharibəsindən öncəki strategiyaya qayıdıblar. “Beşinci kolon”u və onun xaricdəki tör-töküntülərini üzərimizə hürdürməklə, ictimai rəydə çat yaratmağa, qalib olduğumuz halda bizə məğlub kompleksi biçməyə çalışırlar.

“İti qovan” əməliyyatı davam edir. Bu, “yal üçün hürənlərə” də aiddir!”