Makronun sözünü kəsdilər: “Fransız demokratiyası haradadır?”backend

Makronun sözünü kəsdilər: “Fransız demokratiyası haradadır?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron Hollandiyaya səfəri çərçivəsində Nexus İnstitutunda çıxışı zamanı etirazla qarşılanıb.

NOCOMMENT.az xəbər verir ki, Neksus İnstitutunun təşkil etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən Makronun sözü nümayişçilər tərəfindən kəsilib.

Nümayişçilər “Fransa demokratiyası haradadır? Biz onu nə vaxt itirmişik?” qışqıraraq üzərində “Zorakılıq və ikiüzlülük” yazılmış pankart açıblar.

Çıxışı yarımçıq qalan Makron nümayişçilərin olduğu eyvana qayıdıb və “Mənə bir az vaxt versəniz, bu suala cavab verə bilərəm” cavabını verib.

Mühafizəçilər cəld müdaxilə edərək nümayişçiləri zaldan çıxarıblar.

NOCOMMENT.AZ