Makronun xanımı: Mən transgender deyiləmbackend

Makronun xanımı: Mən transgender deyiləm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makronun xanımı Bricit Makron transgender olması barədə mediada yayılan məlumatlara münasibət bildirib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, Fransanın birinci xanımı bu barədə “RTL France” radiostansiyasının efirində danışıb. O qeyd edib ki, haqqında yayılan bu məlumat feykdir.

B.Makron bildirib ki, onun transgender olması ilə bağlı yalan şayiələr yayan şəxslər internetdə onun ailə şəcərəsi barədə məlumatları dəyişiblər. Onun sözlərinə görə, burada söhbət onun valideynlərinin şəcərəsindən də gedir və bu, yolverilməzdir.

Birinci xanım, həmçinin əlavə edib ki, sosial şəbəkələrdə və mediada guya əvəllər kişi olması barədə məlumatları silmək üçün ona vəkili ilə 5 gün yarım lazım olub.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Bricit Makronun əvvəllər Jan-Mişel Tronye (Tronye – Bricit Makronun qızlıq soyadı) adlı kişi olması barədə məlumatlar paylaşılıb. Makronun həyat yoldaşı ötən ilin dekabrında bildirmişdi ki, əvəllər kişi olması və sonradan cinsini dəyişməsi barədə şayiə yayanları məhkəməyə verməyə hazırlaşır.