Maks Ferstappen Bəhreyn Qran-prisinin ilk sərbəst yürüşündə iştirak etməyəcəkbackend

Maks Ferstappen Bəhreyn Qran-prisinin ilk sərbəst yürüşündə iştirak etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Red Bull” pilotu Maks Ferstappen Bəhreyn Qran-prisinin ilk sərbəst yürüşündə iştirak etməyəcək.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Təcrübəli sürücünü yaponiyalı Ayumi İvasa əvəzləyəcək.

2025-ci il mövsümünün reqlamentinə əsasən, hər bir “Formula 1” komandası ən azı iki dəfə iki yeni sürücüyə öz bolidlərindən birini təqdim etməlidir.

Qeyd edək ki, Bəhreyn Qran-prisi aprelin 11-13-ü aralığında baş tutacaq. İlk sərbəst yürüş aprelin 11-də gerçəkləşəcək. Bakıdakı mərhələ isə sentyabrın 19-21-də baş tutacaq.