Maks təsdiqlədi: Simvol sayı 4 min olacaqbackend

Maks təsdiqlədi: Simvol sayı 4 min olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlon Maskı etiketləyərək “Twitterdə simvol limitinin 4000-ə yüksələcəyi doğrudurmu?” sualını verən istifadəçiyə Mask “Bəli” cavabını verib.

NOCOMMENT.az xəbər verir ki, Mask hələ yeni dəyişikliyin təfərrüatlarını açıqlamasa da, o, Tvitterdə icraçı kresloda oturduğu ilk günlərdən platformada uzun mətnləri paylaşmağı asanlaşdıracaqlarını bildirmişdi.

Qeyd edək ki, əvvəllər 140 simvol olan Tvitter-in simvol sayı 2017-ci ildə 280-ə yüksəlib.

Tvitter-in mübahisəli abunə əsaslı “Blue Tick” proqramı da bu gün yenidən işə salınacaq. Əvvəllər yalnız təsdiqlənmiş hesablara verilən mavi işarə ayda 11 dollar ödəmək şərtilə bütün istifadəçilər üçün əlçatan olacaq. Mavi işarə abunəçiləri yüksək keyfiyyətli video yükləmək və paylaşılan tvitləri redaktə etmək kimi imtiyazlara sahib olacaqlar.

Jalə Bədirova

NOCOMMENT.az