Maksim Şevçenko Azərbaycanla bağlı film hazırladı – VİDEObackend

Maksim Şevçenko Azərbaycanla bağlı film hazırladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı siyasətçi, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko Azərbaycana səfəri zamanı “Ruslar Azərbaycanda necə yaşayır? ” adlı sənədli film hazırlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu günlərdə Azərbaycanda səfərdə olan M.Şevçenko rusların yaşadığı İvanovka kəndində də olub. Ordakı rus vətəndaşlarla danışan, dolanışıqları, maddi durumları, onlara yerli əhali və rəhbərlik tərəfindən olan münasibətlə maraqlanan Şevçenko eyni zamanda müsahiblərinin təqdimatında bir çox reallıqları tamaşaçılara çatdırıb.

Qeyd edək ki, M.Şevçenko dekabrın 15-də Gəncəyə səfər edib. M.Şevçenko cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket atdığı ərazilərə baş çəkib.

Unikal.org