Maksimum bal toplayan ikinci abituriyent kimdir? – FOTObackend

Maksimum bal toplayan ikinci abituriyent kimdir? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 20-21 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

NOCOMMENT xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb. Rekordçu abituriyent Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayevdir. O, buraxılış imtahanlarında 300, qəbulda isə 400 bal toplayaraq ümumilikdə maksimal nəticə göstərib.

Qeyd edək ki, H.Abdullayev əslən Ağsu şəhərindəndir və 3-cü sinifdən Xırdalan şəhəri 1 nömrəli orta məktəbdə təhsil alıb.

Xatırladaq ki, daha əvvəl Əziz Kərimlinin də imtahanlardan maksimum bal toplanması xəbər verilmişdi.