Malatyada 5 mərtəbəli bina çökdü!backend

Malatyada 5 mərtəbəli bina çökdü!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Malatya vilayətində Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərin təsirinə məruz qalan Koyunoğlu Məhəlləsindəki 5 mərtəbəli Sezer Yaşayış binası bu gün günorta saatlarında çöküb.

NOCOMMENT.az xəbər verir ki, ətrafdakıların xəbərdarlığı üzərinə bölgəyə çoxlu sayda qruplar cəlb edilib.

Polis qrupları ətrafda təhlükəsizlik tədbirləri görərkən, axtarış-xilasetmə qrupları tədbir məqsədi ilə axtarış-xilasetmə əməliyyatına başlayıb.

Qeyd edək ki, bina güclü zəlzələlərdən sonra təxliyə edilib.

NOCOMMENT.AZ