Malayziya BRICS-in tərəfdaş dövləti olmaq təklifini qəbul edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Moskvadakı səfiri Çonq Lun Lay məlumat verib.
TASS ilə söhbətində o qeyd edib ki, Malayziya noyabrın ortalarında rəsmi dəvət məktubu alıb.
“Biz BRICS-in sədri olan Rusiyaya cavab verdik ki, biz bu assosiasiyanın bir hissəsi olmağa razıyıq”, – agentliyin həmsöhbəti qeyd edib.
Səfir daha əvvəl məlumat vermişdi ki, Rusiya və Malayziya ölkələr arasında birbaşa aviareyslərin açılmasını müzakirə edir.