Mali Silahlı Qüvvələrinin bölmələri ölkənin şimal-şərqində terrorçu qruplaşmalarla qızğın döyüşlər aparır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə respublika Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda deyilir.
Hökumət qoşunlarının məlumatına görə, terrorçuların və “bütün zolaqlardan” qaçaqmalçıların cəmləşdiyi qalaya kütləvi zərbələr endirilir.
“Beş terror hədəfi Mali Silahlı Qüvvələrinin pilotsuz təyyarələri tərəfindən uğurla məhv edilib”, – kommünikedə deyilir.
Döyüş bölgəsinin mülki əhalisi itki verməmək üçün terrorçuların yerləşdiyi əraziləri tərk etməyə çağırılıb.