Malinen: Finlandiya və İsveç Rusiya ilə NATO arasında münaqişə vəziyyətində təslim olacaqlarbackend

Malinen: Finlandiya və İsveç Rusiya ilə NATO arasında münaqişə vəziyyətində təslim olacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç və Finlandiya NATO ilə Rusiya arasında birbaşa toqquşma olacağı təqdirdə təslim olmağa məcbur olacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Helsinki Universitetinin professoru və geosiyasi ekspert Tuomas Malinen özünün “X” (keçmiş Twitter) səhifəsində yazıb.

O, Şimali Atlantika Alyansının norveçli əsgərlərin dağlıq qış şəraitində təlim keçməsi barədə nəşrini belə şərh edib.

Professor qeyd edib ki, əgər söhbət Rusiya ilə NATO arasında toqquşmadan gedirsə, Moskva Stokholmu “dağıdacaq”, Finlandiyanı bir neçə “Oreşnik” və taktiki nüvə silahı ilə “şikəst edəcək”.

Malinen hesab edir ki, Şimali Avropada belə bir münaqişə olacağı təqdirdə quru döyüşləri olmayacaq, yalnız məğlub ölkələr meydana çıxacaq.