Maliyyə piramidası yaradanlara hökm oxundu – VİDEObackend

Maliyyə piramidası yaradanlara hökm oxundu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə maliyyə piramidası şəklində şəbəkə quraraq dələduzluq sxemi yaradıb vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub.

NOCOMMENT xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Habil Bədəlov 1 il 6 ay, Yasin Əmirli 1 il 6 ay, Səbahir Fərzəliyev 1 il 6 ay, Amin Hüseynov 2 il və Əlövsət Mazandarov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, həmin şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma zamanı Azərbaycanda son dövrlər xüsusən internet istifadəçiləri arasında əsası 2018-ci ildə xarici ölkələrdən birində qoyulan “Crowd-1” dələduzluq sxeminin toruna düşən şəxslərin üstünlük təşkil etdiyi müəyyən edilib.

Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ölkə ərazisində yayılmış “Crowd-1” dələduzluq sxeminə rəhbərlik edən şəxslər müəyyən edilib.