Malta Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiya paketini dəstəkləyə bilərbackend

Malta Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiya paketini dəstəkləyə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Malta Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 18-ci sanksiyalar paketinə dair mövqeyini dəyişə və sənədi dəstəkləyə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Politico nəşri mənbələrə istinadən məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, Malta Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləməsinə mane olur. Politiconun məlumatına görə, Aİ-nin Daimi Nümayəndələr Komitəsinin iclasında Malta təmsilçiləri, Rusiya enerji resurslarına qiymət tavanının bazar dəyərinin 15%-i səviyyəsində müəyyənləşdirilməsi təklifinə etiraz ediblər.

Məlumata əsasən, bu qərar Maltanın nümayəndəsinin ölkə rəhbəri ilə əlaqə qura bilməməsi və məsələyə dair razılıq ala bilməməsi səbəbilə qəbul olunub.

“İndi ümid var ki, Malta razılaşacaq və biz çərşənbə axşamı sənədi qəbul edə biləcəyik,” – deyə mənbə bildirib.