Mamicanyan: Lavrov Qarabağın statusu məsələsində günahkarı açıqladıbackend

Mamicanyan: Lavrov Qarabağın statusu məsələsində günahkarı açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin Ermənistan-Azərbaycan danışıqları ilə bağlı son açıqlamasına erməni müxalifətçi deputatlar reaksiya verib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Sergey Lavrov faktiki olaraq açıq şəkildə bildirib ki, Ermənistan tərəfinin günahı üzündən hazırda Dağlıq Qarabağın statusu məsələsi danışıqların gündəmindən düşüb. Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasından olan deputatı, Respublikaçılar Partiyasının üzvü Ayk Mamicanyan Sergey Lavrovun son açıqlamasını bu cür şərh edib.

Müxalifətçi deputat qeyd edib ki, Rusiyalı nazirin bəyanatına nə Xarici İşlər Nazirliyi, nə iqtidar fraksiya, nə də baş nazir heç bir reaksiya verməyib.

Mamicanyan bəyannamənin diplomatik dövriyyəyə buraxılmasını, ümumiyyətlə, qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, Azərbaycanda 30 il ərzində heç kim Alma Ata bəyannaməsini xatırlamayıb, bu ölkənin nə bir prezidenti, nə də bir deputatı. Və yalnız indiki hakimiyyətin “sayəsində” bu sənəd Azərbaycanın əlində əsas danışıqlar vasitəsinə çevrilib.

Lavrov keçirdiyi mətbuat konfransında daha əvvəl Ermənistan və Azərbaycan liderlərinin Fransa prezidenti və Avropa Şurası rəhbərinin vasitəçiliyi ilə qəbul etdikləri 6 oktyabr 2022-ci il tarixli Praqa bəyanatını xatırladıb. Orada bildirilir ki, BMT Nizamnaməsinə və 1991-ci ilin dekabrında Alma Ata Bəyannaməsinə uyğun olaraq tanınan sərhədlər sülh müqaviləsi üçün əsas götürülməlidir.

“Bəyannamədə deyilir ki, bütün ittifaq respublikaları Müstəqil Dövlətlər Birliyini təşkil edir və sərhədlərin toxunulmazlığını təsdiq edir. İttifaq respublikaları arasında mövcud olan sərhədlər. O zaman Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan SSR-in tərkibində idi”, – deyə Lavrov bildirib.

Mamicanyan əlavə edib ki, əbəs yerə deyil ki, son vaxtlar Ermənistan rəhbərliyi Qarabağın statusundan deyil, Qarabağda erməni əhalinin hüquqlarının təmin olunmasının zəruriliyindən daha çox danışır.

Lavrovun bəyannamə çıxışını şərh edən “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan bu çıxışı yarımçıq adlandırıb. Xarici diplomatların belə “yarı ideya”ya malik olmasında erməni müxalifətçi də günahı Ermənistan rəhbərliyində görüb.

“1991-ci il Alma Ata Bəyannaməsi başadüşülməz şəkildə Dağlıq Qarabağla bağlı danışıqlar paketində peyda oldu və Ermənistan hakimiyyətinin yüngül əli ilə yarıtmaz şəkildə yarımçıq şərh olunur. Ermənistan hakimiyyəti və Nikol Paşinyanın özü niyə susurlar, niyə demirlər ki, bəyannamə müəyyən şərtlərlə qəbul edilib və bu şərtlərin olması faktı sənədin özündə qeyd olunub?!”, – deyə siyasətçi deputatlara üz tutub.

Onun sözlərinə görə, şərtlər ondan ibarət olub ki, Alma Ata Bəyannaməsindən əvvəl artıq öz müqəddəratını təyin edən Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü ilə heç bir əlaqəsi yoxdur.