Manaf Ağayev həyat yoldaşı haqda: Sevgi bitib… – VİDEObackend

Manaf Ağayev həyat yoldaşı haqda: Sevgi bitib…VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Manaf Ağayev “Onun sirri” verilişində şəxsi həyatı haqqında danışıb.

NOCOMMENT.az xəbər verir ki, Manaf Ağayev televizyalardan birində yayımlanan proqramda qonaq olan zaman aparıcının “Hər güclü qadının arxasında güclü bir qadın dayanır. Sizin həyat yoldaşınız da o qadınlardandır?” sualına belə cavab verib:

“Həmişə özümü həyat yoldaşıma elə göstərmişəm ki, guya onu istəmirəm, istək ölüb. Bunu səmimi etiraf edirəm. Amma o mənim başımın tacıdır. Adam var ki, həyat yoldaşına şirinlik edir. Mən belə şeyləri xoşlamıram. Başını sığallayım və s. Amma bu demək deyil ki, mən onu çox istəmirəm, sevgi bitib. Biləsiniz ki, kişini kişi edən də onun qadınıdır”.

Qeyd edək ki, Manaf Ağayevin üç övladı var.

Teleqraf.com