Müğənni Manaf Ağayev duet ortağı kimi çalışdığı həmkarları Sevil İsgəndərli və Arzu Qarabağlı ilə bağlı danışıb
NOCOMMENT.az xəbər verir ki, o, “Rəngarəng” verilişində dəstək olduğu xanım sənətçilərin vəfasızlığından gileylənib.
Sənətçi verilişdə bəzi həmkarlarına “haram olsun” dediyini bildirib.Manaf Ağayev bu fikrin şəxsi yox, sənətlə bağlı prinsiplərdən irəli gəldiyini qeyd edib.
“Müğənnilərin hamısı nankordur. İçində yaxşısı var ki? Sayəmdə 100 manat pulun necə olduğunu görənlər, indi deyir ki, bizə nə etmisən? Haramın olsun! Mən heç vaxt pis danışan, etdiyini başa vuran adam deyiləm. Mənə tərif də lazım deyil. Müğənni var ki, Dubaya, Türkiyəyə aparmışam, mənim sayəmdə elə adamları, elə nazirləri görüb ki… Görmədiyi pulları görüb, bilib ki, 100 manat necə olur. İndi o deyir mənə nə etmisən ki? Elələrinə deyirəm, haram xoşunuz olsun!”, – müğənni deyib.
View this post on Instagram













