Manaf Ağayevə görə polis polkovniki İŞDƏN QOVULDUbackend

Manaf Ağayevə görə polis polkovniki İŞDƏN QOVULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində aparılan xidməti yoxlama nəticəsində polis zabiti xidmətdən xaric edilib.

NOCOMMENT xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, yoxlama nəticəsində müvafiq fəaliyyət sahəsinə cavabdehlik daşıyan nazirliyin vəzifəli şəxsi – polis polkovnik-leytenantı N.Nəbiyevin vəzifə səlahiyyətlərinin icrasında sui-istifadəyə yol verdiyi müəyyən edildiyindən o, daxili işlər orqanlarında xidmətdən xaric olunub.